Rusiyada zavodda qəza: Ölən və yaralananlar var

Rusiyada zavodda qəza: Ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.

Bakupost.az xəbər verir ki, sexdə təmir işləri aparılan zaman borunun hermetikliyinin pozulması nəticəsində yüksək təzyiqli buxar tullantısı yaranıb.

İnsident nəticəsində 1 fəhlə yerindəcə keçinib, daha 4 nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. İstintaq Komitəsinin məlumatına görə, zərərçəkmişlərdən ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta ağırdır.

İstintaq orqanları artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci bəndi (ehtiyatsızlıqdan şəxsin ölümü ilə nəticələnən əməyin mühafizəsi tələblərinin pozulması) ilə cinayət işi açıb.

Hadisə yerində regional İstintaq Komitəsinin kriminal ekspertlərinin də daxil olduğu əməliyyat-istintaq qrupu işləyir. Müstəntiqlər qəzanın dəqiq səbəblərini və şəraitini müəyyən etmək üçün bir sıra tədbirlər həyata keçirirlər.

"Cebheinfo.az"