Kremldən Əbu-Dabi görüşünə İLK REAKSİYA

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub. Liderlər həm təkbətək, həm də nümayəndə heyətləri ilə birgə danışıqlar aparıblar.
Dünyanın diqqətlə izlədiyi görüşə Rusiyadan da ilk reaksiya gecikməyib.
“Rusiya BƏƏ-də yüksək səviyyəli, birbaşa Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Biz, şübhəsiz ki, belə birbaşa dialoq faktını alqışlayırıq və biz müxtəlif səviyyələrdə dəfələrlə demişik ki, sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını alqışlayacağıq", - o vurğulayıb.
Xəzər
“Cebheinfo.az”