İlham Əliyevlə Nikol Paşinyan arasında görüş bitib

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə görüş bitdi.
"Cebheinfo.az" xəbər verir ki, Ermənistan və Azərbaycan arasında sülh prosesi çərçivəsində Əbu-Dabidə Paşinyan və Əliyev arasında ikitərəfli görüş səhər saatlarında başlayıb. Sonra iclas 30 dəqiqəlik fasilə verib, daha sonra geniş tərkibdə davam edib.
Daha əvvəl TASS mənbəyə istinadla məlumat vermişdi ki, görüşün əsas mövzusu sülh müqaviləsinin ilin sonuna kimi imzalanması üçün onun ətrafında yaranmış ziddiyyətlərin aradan qaldırılmasıdır.
Xəzər
"Cebheinfo.az"