Kiyevdə polkovnikin qətlə yetirilmə ANI

Ukrayna paytaxtı Kiyevdə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) polkovniki İvan Voroniçin öldürülmə anının görüntüləri sosial şəbəkələrdə yayılıb.
"Cebheinfo.az" xəbər verir ki, videoda polkovnikin binadan çıxan zaman kapüşonlu bir şəxsin ona yaxınlaşaraq bir neçə dəfə baş nahiyəsinə atəş açdığı görünür.
Silahlı şəxs daha sonra hadisə yerindən qaçaraq uzaqlaşıb.
POlkovnik İvan Voroniç Ukrayna Təhlükəsizlik Xidmətinin tərkibində Xüsusi Əməliyyatlar Mərkəzinin 16-cı idarəsinin şöbəsinin 1-ci şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.
O, Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi bölmələrinin elitasına aid şəxs idi. Öldürülən polkovnikin şöbəsi təkcə hüquq-mühafizə bölməsi kimi çalışmır, həm də Rusiya ərazisində xüsusi həssas əməliyyatlarda iştirak edən "Alfa" qrupuna cavabdeh idi.
Hadisə ilə bağlı rəsmi qurumlardan - nə SBU, nə də polis tərəfindən açıqlama verilib.
"Cebheinfo.az"