Beynəlxalq səyyahlar İmarət abidə-kompleksində olublar

Qarabağa səfər edən dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun üzvləri Ağdamda yerləşən İmarət abidə-kompleksində olublar.
"Cebheinfo.az" xəbər verir ki, onlar kompleksdəki müxtəlif tarixi əhəmiyyətli yerləri, kompleksin ərazisini nəzərdən keçiriblər.
Qeyd edək ki, səyyahlar Qarabağ və Şərqi Zəngəzur səfəri çərçivəsində Füzuli və Şuşadan sonra Ağdama gəliblər. Səyyahlar qrupu 30 nəfərdən ibarətdir, onlardan 9-u dünyanın bütün - 193 ölkəsində olublar.
"Cebheinfo.az"