"Karvan" beş futbolçusu ilə yollarını ayırdı - FOTO

"Karvan" beş futbolçusu ilə yollarını ayırdı - FOTO

Azərbaycan Premyer Liqasına yüksələn "Karvan" klubu beş futbolçusunun müqavilə müddətini yeniləməyib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur və Beqzod Xulikulov Yevlax təmsilçisini tərk ediblər.

"Cebheinfo.az"