Lavrov-Rubio görüşü 50 dəqiqə davam edib - YENİLƏNİB

Lavrov-Rubio görüşü 50 dəqiqə davam edib - YENİLƏNİB

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında görüş keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüş Malaziyanın paytaxtı Kuala-Lumpurda baş tutub.

Cənub Şərqi Asiya dövlətləri Assosiyasiyasının (ASEAN) forumu çərçivəsində keçirilən Lavrov-Rubio görüşü 50 dəqiqə davam edib.

14:18

Rusiya xarici işlər naziri Sergey Lavrov Malayziyanın paytaxtı Kuala Lumpurda ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüş keçirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Görüş Cənub-Şərqi Asiya Dövlətləri Assosiyasiyasının Forumu çərçivəsində keçirilir.

"Cebheinfo.az"