Moskva və Pxenyan arasında birbaşa uçuşlar başlayır

Moskva və Pxenyan arasında birbaşa uçuşlar başlayır

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviatsiya”), Rusiya ilə Şimali Koreya arasında birbaşa uçuşları həyata keçirəcək “Nordvind” şirkətinə lazımi icazənin verildiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Rosaviatsiyanın yaydığı yazılı açıqlamada, Rusiya ilə Şimali Koreya arasında planlaşdırılan birbaşa uçuşlarla bağlı məlumatlara yer verilib.

Buna əsasən, “Nordvind” şirkətinə Moskva ilə Pxenyan arasında birbaşa uçuşlara başlamaq üçün icazə verilib və şirkət həftədə ən çox iki reys həyata keçirə biləcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Şimali Koreya ilə nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində iş aparırlar.

Moskva ilə Pxenyan arasında COVID-19 pandemiyası səbəbindən dayandırılan birbaşa qatar reysləri isə 17 iyun tarixində yenidən fəaliyyətə başlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"