Beynəlxalq səyyahlar qrupu Ağdamın Cümə məscidini ziyarət edib

Beynəlxalq səyyahlar qrupu Ağdamın Cümə məscidini ziyarət edib

Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində MTP ("Most Traveled People") beynəlxalq səyyahlar klubunun üzvləri Ağdamın Cümə məscidini ziyarət ediblər.

"Cebheinfo.az" xəbər verir ki, qonaqlara Ermənistanın işğalı dövründə dini abidənin məruz qaldığı dağıntılar barədə məlumat verilib.

Xüsusilə qeyd edilib ki, Ağdamın mənəvi simvollarından biri olan məscid təhqir edilib və təyinatı üzrə istifadə olunmayıb.

"Cebheinfo.az"