CHP-nin qurultayı ilə bağlı FLAŞ GƏLİŞMƏ 

CHP-nin qurultayı ilə bağlı FLAŞ GƏLİŞMƏ 

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixində keçirilən qurultayının nəticələrinin saxtalaşdırıldığı ittihamları ilə bağlı qərarın veriləcəyi məhkəmənin vaxtı dəyişib.

"Cebheinfo.az" xəbər verir ki, 8 sentyabrda keçiriləcəyi açıqlanan məhkəmə iclası 15 sentyabra təxirə salınıb.

Buna səbəb CHP-nin etirazı olub. Belə ki, CHP quruluş günü olan 9 noyabrdan əvvəl belə bir məhkəmənin keçirilməsinə qarşı çıxıb. Nəticədə, partiyanın istəyi nəzərə alınaraq məhkəmənin vaxtı dəyişdirilib. 

Qeyd edək ki, Özgür Özəlin sədr seçildiyi sözügedən qurultayın nəticələrinin şübhəli olduğu iddia olunur. Əgər məhkəmə seçkinin nəticələrinin saxtalaşdırıldığına qərar versə, Özəlin qələbəsi ləğv ediləcək. Bu halda isə sabiq sədr Kamal Kılıçdaroğlu yenidən CHP sədri olacaq.

Elmir Mustafa
"Cebheinfo.az"