Məişət zorakılığı əleyhinə mübarizə layihəsi çərçivəsində ilk tədbir keçrilib

Məişət zorakılığı əleyhinə mübarizə layihəsi çərçivəsində ilk tədbir keçrilib

9 iyul 2025-cil il tarixində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Məişət zorakılığı əleyhinə uğurlu təcrübələrin təşviqi” qrant layihəsi çərçivəsində ilk tədbir keçrildi.

Tədbir 1 dəqiqəlik sükutla şəhidlərimizi yad etdikdən sonra Azərbaycan Respublikasının dövlət himnini səslənməsi ilə başladı.

Tədbiri açıq elan edən “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri  Səidə Musayeva məişət zorakılığı, xüsusilə qadınlara və uşaqlara qarşı baş verən zorakılıq halları, cəmiyyətin sosial təhlükəsizliyinə və sağlam inkişafına ciddi maneə yaratması haqında ətraflı məlumat verərək bildirdi ki, layihə çərçivəsində ümumilikdə beş tədbirin keçirilməsi nəzərdə tutulur. Növbəti tədbir Sumqayıt şəhərində, üçüncüsü isə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində təşkil olunacaq. Dördüncü tədbir Xırdalan şəhərində, sonuncu – beşinci tədbir isə Bakı şəhərinin Xəzər rayonu ərazisində baş tutacaq.

Bu mövzunun daim gündəmdə saxlanılması dövlətimizin bu məsələyə verdiyi yüksək diqqətin və humanist siyasətin bariz nümunəsi olduğunu qeyd edən “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədr müavini və tədbirin aparıcısı Cəmalə Naxçıvani layihə çərçivəsində hazırlanan təqdimatı iştirakçılara çatdırdı.

Daha sonra layihənin eksperti hüquqşünas-psixoloq Natiq Babayev məişət zorakılığına qarşı mübarizənin yolları, hüquqi mexanizmləri, psixoloji dəstək xidmətləri və bu sahədəki uğurlu yerli və beynəlxalq təcrübələr haqqında məlumatı iştirakçılarla bölüşdü. Xüsusilə qadınların inkişafı, onların cəmiyyət həyatında fəal iştirakı, iqtisadi və sosial güclənməsi mövzularına öz çıxışında geniş yer verən Natiq Babayev sonda iştirakçıların çox saylı suallarınıda cavablandırdı.

“İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri  Səidə Musayeva tədbiri yekunlaşdırarkən bir daha qeyd etdi ki, layihənin mövzusunun əsas mahiyyəti olan “Məişət zorakılığı”  təkcə ölkəmizdə deyil, bütün dünyada olduqca aktual bir mövzudur. Bu mövzunu bu gün də gündəmdə saxlamaq dövlətimizin bu məsələyə olan xüsusi diqqətidir.

Biz vətəndaş cəmiyyəti olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunmuş qrant müsabiqəsinin bu istiqamətinə ona görə diqqət yetirdik ki,“İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi olaraq əsas fəaliyyət istiqamətlərimizdən biri də məhz qadınların və uşaqların inkişafı, onların qorunması və innovativ düşüncənin təşviqidir.

Birliyimiz uzun illərdir müxtəlif sosial layihələr həyata keçirərək, vətəndaş cəmiyyətinin inkişafına, maarifləndirmə işlərinə və psixoloji durumun möhkəmləndirilməsinə öz töhfəsini verir. Layihənin əsas məqsədi zorakılıq hallarının qarşısının alınmasına yönəlmiş uğurlu modelləri geniş ictimaiyyətə çatdırmaq, cəmiyyəti bu istiqamətdə maarifləndirmək və qadınların rolunu gücləndirməklə daha təhlükəsiz və sağlam sosial mühit formalaşdırmağa dəstək olmaqdır.

Bizim bu təşəbbüsümüzə yüksək səviyyədə qiymət verib, qaliblər sırasında mükafatlandırdığına görə və layihəmizi dəstəklədiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinə,  icraçı direktor Aygün xanım Əliyevaya və eləcə də Katibliyin bütün əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda tədbirimizin keçrilməsi üçün bizə şərait yaratdığı üçün Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Ramil İsgəndərliyə və Forumun bütün əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk.

Tədbir zamanı birliyin üzvlərinin övladlarının əl işindən ibarət rəsm sərgisi keçirildi.

"Cebheinfo.az"