Müxalif deputatın əmlaklarının müsadirəsi tələb olunur- ERMƏNİSTANDA

Müxalif deputatın əmlaklarının müsadirəsi tələb olunur- ERMƏNİSTANDA

Ermənistan Baş Prokurorluğu deputat Artur Sarkisyanın daşınmaz əmlaklarının və pul vəsaitlərinin müsadirə edilməsini tələb edir.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı növbəti ərizəsini icraata qəbul edib.

Baş Prokurorluq parlamentin deputatı Artur Sarkisyanın və ona bağlı şəxslərin əmlaklarının Ermənistanın xeyrinə müsadirə edilməsini tələb edir:

İrəvanda 6 ədəd daşınmaz əmlak;

2 ədəd daşınar əmlak;

qeyri-qanuni vəsaitin qalan hissəsi kimi təxminən 2 milyon dram.

Qeyd edək ki, “Hayastan” fraksiyasının deputatı Artur Sarkisyan iki ay müddətinə həbs edilib. O, "konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda" ittiham olunur.

Xatırladaq ki, Ermənistan parlamenti Artur Sarkisyanı deputat toxunulmazlığından məhrum edib. Sisianın (Qarakilsə) keçmiş meri arxiyepiskop Baqrat Qalstanyanın həbs olunduğu iş çərçivəsində cinayət təqibinə məruz qalacaq. Arxiyepiskop “hakimiyyəti zorla ələ keçirməyə və terror aktı hazırlamağa” cəhddə ittiham olunur.

"Cebheinfo.az"