"Sabah"ın üç futbolçusu qərar verib

"Sabah"ın üç futbolçusu qərar verib

"Sabah"ın üç futbolçusu Rauf Rüstəmli, Abdulla Rzayev və Yusif İmanov karyeralarını icarə əsasında Azərbaycan klublarında davam etdirəcəklər.

"Cebheinfo.az" xəbər verir ki, Rauf Rüstəmli "Sumqayıt"da, "Abdulla Rzayev "Turan Tovuz"da çıxış edəcəklər.

Yusif İmanov isə ya icarə əsasında, ya da birdəfəlik transfer olunacaq. Qolkiperin hansı kluba keçəcəyi hələ bilinmir.

Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparan "Sabah" klubu bu gün "Selye" ilə ilk görüşünə çıxacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.

"Cebheinfo.az"