“Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi layihəsinin icrasını uğurla davam etdirir

“Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsinin icrasını uğurla davam etdirir.
Layihə çərçivəsində 11.06-2025-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində 20 nəfər yaradıcılıqla məşğul olmaq istəyən benefisarlar üçün təlim təşkil edilmişdir.
Təlimi giriş sözü ilə layihə rəhbəri Rəna Mahmudova açaraq, Vətən müharibəsində canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra layihə rəhbəri “Qəbələ Yazarlarına Dəstək” ictimai birliyinin missiyasından və fəaliyyətindən danışmış, donor və layihənin məqsəd və məramı barədə iştirakçılara məlumat vermişdir. Benefisarları təlimdə aktiv iştirak etməyə təlim müddətində Təlimçi ilə fikir mübadıləsi aparmağa, bilmədikləri, öyrənmək istədikləri mövzularda sorğular aparmağı tövsiyə etmişdir.
Sonra Təlimçi Fəxrəddin Babayev benefisarları salamlamış, hazırlanmış proqram əsasında təlimə başlamışdır. 2 saat davam edən təlim zamanı yaradıcı gənclər öz şeir və hekayələri barədə söhbət açmış, təlimçi Fəxrəddin Babayevdən lazımi məsləhətləri almışlar. Çay fasiləsi zamanı benefisarlar öz şeirlərini səsləndirmiş, təlimçi Fəxrəddin Babayev onlara lazımi məsləhətlərini vermişdir.
Fasilədən sonra təlimçi Benefisarlarla təlimi davam etdirmişdir.
"Cebheinfo.az"