Daşqında 11 nəfər ölüb

Daşqında 11 nəfər ölüb

Pakistanın Pəncab və Bəlucistan vilayətlərində şiddətli musson yağışlarının yaratdığı daşqınlar nəticəsində ilkin məlumatlara görə 11 nəfər həyatını itirib. 

"Cebheinfo.az" xəbər verir ki, bunu “Dawn” qəzeti yazır. Qəzetin xəbərinə görə, Pəncabda yerləşən Lahor şəhəri və Belucistanın bəzi bölgələrində güclü yağışlar daşqınlara səbəb olub. 

Musson yağışları kanalizasiya sisteminin yetersiz olmasına səbəb olub və Lahor şəhərində bəzi yollar bağlanıb, minlərlə insan elektrik enerjisinin kəsilməsindən təsirlənib. Rəsmilər güclü yağışların evlərə və yollara ziyan vurduğunu bildirərək, Lahor və Bəlucistanın bəzi hissələrində baş verən daşqınlarda 11 nəfərin öldüyünü, bir çox insanın isə xəsarət aldığını qeyd ediblər. 

Nigar Hacılı 
"Cebheinfo.az"