Zaxarova Rubionun Lavrova göz vurmasından danışdı

Zaxarova Rubionun Lavrova göz vurmasından danışdı

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova CNN jurnalistinin ABŞ Dövlət katibi Marko Rubionun Rusiya xarici işlər naziri Sergey Lavrova göz vurması ilə bağlı yayımladığı məlumata münasibət bildirib.

Bakupost.az xəbər verir ki, XİN rəsmisi bu barədə gazeta.ru-ya danışıb.

“Mən kimin kimə göz vurduğunu görmədim, amma qəti şəkildə gördüm ki, sanksiyalarla bağlı sualı verən şəxs idi, arxadan bu şəxs Denni DeVitoya bənzəyirdi”, - deyə Zaxarova bildirib.

Xatırladaq ki, CNN-in müxbiri Kylie Atwood daha əvvəl verdiyi açıqlamada ABŞ Dövlət katibi Marko Rubionun Kuala Lumpurda keçirilən Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində Sergey Lavrovla görüşdən əvvəl ona göz vurduğunu iddia edib.

Jurnalistin sözlərinə görə, görüşün əvvəlində tərəflər heç bir açıqlama verməyiblər. Lakin kimsə sanksiyalarla bağlı sual ünvanladıqdan sonra Rubio guya Lavrovun üzünə baxaraq göz vurub.

Hadisə ictimaiyyətin və medianın diqqətini çəksə də, Rusiya tərəfi bu iddianı ciddiyə almır və şərhlərində hadisəyə ironik yanaşma nümayiş etdirir.

"Cebheinfo.az"