Gəncədə evdən tibb bacısının meyiti tapılıb

Gəncədə evdən tibb bacısının meyiti tapılıb

Gəncədə evdən tibb bacısının meyiti tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə şəhərin İsrafil Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yaşayan 1965-ci il təvəllüdlü S. Cəfərovanın meyiti yaxınları tərəfindən aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Ölümün səbəbləri araşdırılır.

Məlumata görə S.Cəfərova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasında tibb bacısı işləyib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"