Əbu-Dabidə tarixi görüş: “Ermənistan üçün daha...”

Əbu-Dabidə tarixi görüş: “Ermənistan üçün daha...”

“Bu gün Zəngəzur dəhlizinin masaya yatırılması ilə bağlı verilən açıqlamalar bu istiqamətdə ciddi addımların atıldığını göstərir. Bütün bu proseslərin yekununda isə əsas gözlənti sülh müqaviləsinin imzalanmasıdır”.

Bunu Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu gün Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən ikitərəfli görüş barəsində “Cebheinfo.az”a açıqlamasında deyib.

Onun sözlərinə görə, bunu həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük razılaşma kimi dəyərləndirənlər var:

“Bizim əsas gözləntimiz isə konkret nəticələrin və sənədlərin əldə olunması ilə bağlıdır. Nəticələr isə əsasən üç istiqamətdə cəmləşir.

İlk olaraq məhz Ermənistan görüşə qatılıbsa, bu o deməkdir ki, sərhədlərin delimitasiyası məsələsində Azərbaycanın mövqeyini qəbul edibdir.

İkincisi, liderlər səviyyəsində görüşlər bundan sonra da davam etdiriləcək. Qeyd edim ki, bundan əvvəl Azərbaycan danışıqları aşağı raundlu məmurlar səviyyəsinə endirmişdi ki, bu da Ermənistan üçün daha əlverişsiz vəziyyət yaratmışdı.

Sonuncusu, ən önəmli məqamlardan biri isə sərhədlərlə yanaşı, regionda kommunikasiyaların açılması məsələsidir. Görünən odur ki, bu məsələ də gündəmdədir. Hər halda gözləntimiz bununla əlaqədardır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”