Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə Milli Müdafiə Nazirliyi metan qazından zəhərlənərək həyatlarını itirən 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Nazirlik yayılan bütün iddiaları rədd edib.

“Qazdan zəhərlənən şəxsi heyətin hamısının eyni vaxtda mağaraya daxil olması, qaz maskalarının olmaması, mağaranın içərisində çökmə olması, onların pusquya salınması, kimyəvi qazın olması, hərbçilərin qəlpə yaralarından həlak olması və ya yaralanması kimi iddialar tamamilə əsassızdır”, - qeyd edilib.

"Cebheinfo.az"