Azərbaycanda sahibkarlıq: “Vəziyyət ürəkaçan deyil”

Son illər Azərbaycanda gənc sahibkarlara dövlət dəstəyi nəzərəçarpan dərəcədə artmaqdadır.
Bununla belə müəyyən səbəblərdən azad sahibkarlığın inkişafı ilə bağlı problemlər də qalmaqdadır.
Maraqlıdır, hazırda iqtisadçı ökəmizdə sahibkarlıq fəaliyyətinə yeni başlayan gənc sahibkarların vəziyyətini və onlara dövlət dəstəyini necə qiymətləndirir?
Bununla bağlı “Cebheinfo.az”-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, sahibkarlıqda insanları yaşlı, eləcə də gənc sahibkarlar kateqoriyasına bölmək düzgün deyil:
“Ümumiyyətlə, bu işlə məşğul olan şəxslər yaşından asılı olmayaraq sahibkarlığın inkişafına dəstək verməlidir. Azərbaycanda sahibkarlığın dəstəklənməsi fikri illərdir səsləndirilir, lakin hazırkı mövcud vəziyyət o qədər də ürəkaçan deyil.
Hazırda Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksək olaraq qalır. Eyni zamanda, ölkə üzrə minimum əməkhaqqının səviyəsi isə onu göstərir ki, hələ qarşıda görəcəyimiz bir çox mühüm işlər var.
Bildirim ki, qonşu ölkələrdə bu sahədə ciddi addımlar atılır. Azərbaycanda isə sahibkarlığın inkişaf üçün vacib islahatlara ehtiyac var. Bu gün sahibkarlığın inkafına mane olan bütün amillər aradan qaldırılmalıdır”.
Gülər
"Cebheinfo.az"