Səudiyyə Ərəbistanı ilə enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Səudiyyə Ərəbistanı ilə enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Vyanada Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla görüş keçirib.

"Cebheinfo.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Vyanada Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla səmərəli görüş keçirdik. Görüş zamanı ikitərəfli enerji gündəliyinin aktual məsələləri - Birgə TexnikiKomissiynın iclası, Səudiyyə şirkətləri ilə karbohidrogen sektorunda əməkdaşlıq, 240 MVt gücündə külək elektrikstansiyası|nın istismara verilməsi, dənizdə 3,5 QVt-lıq külək enerjisi və digər layihələrin icrası ilə bağlı müzakirələr apardıq”, - paylaşımda qeyd olunub.

"Cebheinfo.az"