"Zirə"nin rəqibinin futbolçusu Portuqaliya klubuna transfer olunub

"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Hayduk"un (Xorvatiya) 21 yaşlı futbolçusu Dominik Prpiç "Portu"ya (Portuqaliya) transfer olunub.
"Report" xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflərin müdafiəçinin transferi barədə razılığa gəldiyi bildirilib. D.Prpiç "Hayduk"un yetirməsidir və komandanın heyətində 50 rəsmi matça çıxıb. Bunların 40-da start heyətində yer alan futbolçu ümumilikdə iki məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
"Cebheinfo.az"