Azərbaycan BTİ ilə Akselerasiya Mərkəzinin yaradılmasını müzakirə edib

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə ölkəmizdə qurumun Akselerasiya Mərkəzinin yaradılmasını müzakirə edib.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
“Cenevrəyə (İsveçrə) səfər çərçivəsində BTİ-nin Baş katibi Dorin Boqdan Martinlə görüşdük. 18-27 noyabrda Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Telekommunikasiya İnkişafı Konfransına hazırlıq, görülən işlər və bu istiqamətdə əməkdaşlıq məsələlərini müzakirə etdik. Eyni zamanda innovasiya imkanlarını artırmaq, dinamik rəqəmsal ekosistemi inkişaf etdirmək üçün ölkəmizdə BTİ-nin Akselerasiya Mərkəzinin yaradılması, kibertəhlükəsizlik sahəsində BTİ-nin rəhbərlik etdiyi təlim proqramları və təcrübə mübadiləsi barədə fikir mübadiləsi apardıq”,- deyə o qeyd edib.
"Cebheinfo.az"