Əcnəbi səyyahlar Ağdamda Çörək muzeyinin qalıqları ilə tanış olub - FOTOLAR

Qarabağa səfər edən dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun üzvlərinin Ağdama səfəri davam edir.
"Cebheinfo.az" xəbər verir ki, səyyahlar səfər çərçivəsində şəhərin işğal dövründə ermənilər tərəfindən dağıdılmış Çörək muzeyinin inzibati binasının qalıqları ilə tanış olublar.
Qeyd edək ki, səyyahlar Qarabağ və Şərqi Zəngəzur səfəri çərçivəsində Füzuli və Şuşadan sonra Ağdama gəliblər. Səyyahlar qrupu 30 nəfərdən ibarətdir, onlardan 9-u dünyanın bütün - 193 ölkəsində olublar.
"Cebheinfo.az"