Bilgəhdə zibilliyə çevrilmiş çimərlik təmizlənib - FOTOLAR

Bilgəhdə zibilliyə çevrilmiş ictimai çimərliklərdən biri tullantılardan təmizlənib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirilib.
Məlumata əsasən, ərazi tam təmizlənilərək təhvil verilib:
"Bakı Şəhər və Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin departamentinin işçiləri ərazidə təmizləmə işləri aparıblar. Ərazi tam təmizlənib və təhvil verilib. Vətəndaşlardan təmizliyə riayət etmələrini xahiş edirik".
Qeyd edək ki, sosial şəbəkələrdə Bilgəhdə yerləşən "Daçnik" adı ilə tanınan ictimai çimərliklərdən birinin zibilliyə çevrilməsinin görüntüləri yayılıb.
"Cebheinfo.az"