Avropa Parlamenti Ursula von der Lyayenə etimadsızlıq göstərmədi

Avropa Parlamenti (AP) Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə etimadsızlıq səsverməsini rədd edib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, Lyayen ifrat sağçı Avropa Parlamenti deputatları tərəfindən təklif edilən etimadsızlıq səsverməsindən uğurla çıxa bilib. 360 deputat qətnamənin əleyhinə, 175-i lehinə səs verib, 18-i isə bitərəf qalıb.
Müvafiq təşəbbüsü qəbul etmək üçün isə üçdə iki səs çoxluğu tələb olunurdu.
Məqalə müəlliflərinin fikrincə, etimadsızlıq səsverməsinin təsdiqlənmə şansı az olsa da, bu, von der Lyayen üçün “siyasi başağrısına” çevrilib. Belə ki, hər şey yanlış zamanda baş verib, çünki siyasətçinin rəhbərlik etdiyi Avropa Komissiyası hazırda ABŞ Prezidenti Donald Trampın Administrasiyası ilə Avropa İttifaqından gələn mallara Amerikanın yüksək rüsumlarının qarşısını almaq üçün danışıqlar aparır.
Xatırladaq ki, etimadsızlıq səsverməsi ilə bağlı təklif Avropa Parlamentinin rumıniyalı deputatı Qeorqe Piperya tərəfindən irəli sürülüb. O, Ursula von der Lyayeni və Avropa Komissiyasını pandemiya zamanı şəffaflığın olmamasında və zəif idarəetmədə günahlandırıb.
"Cebheinfo.az"