NBA tarixində ən yüksək maaş

"Finiks Sans" və Devin Buker rekord məbləğdə müqavilənin razılığını əldə ediblər.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, "Sans" ulduz basketbolçu ilə iki ili 145 milyon dollarlıq müqavilə imzalayacaq. 72.5 milyon dollarlıq orta əməkhaqqı "Oklahoma Siti"nin müdafiəçisi Şey Gilgs-Aleksanderin son müqaviləsini (71.25 milyon dollar) üstələyir.
Ümumilikdə Buker komanda ilə növbəti 5 il ərzində təxminən 316 milyon dollar qazanacaq.
Tərəflər müqavilənin müzakirəsini çərşənbə günü axşam Las-Veqasda Devin Buker və klub sahibi Met İşbiya arasında görüş zamanı yekunlaşdırıblar.
Buker Finiksdə 10 mövsüm oynayıb, onun ən yaxşı nailiyyəti 2021-ci ildə NBA finalına yüksəlməsi olub. Ötən mövsüm müdafiəçinin orta göstəriciləri 25.6 xal, 4.1 ribaund və 7.1 məhsuldar ötürmə təşkil edib.
"Cebheinfo.az"