Romada görüşdülər - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenksi Romada Almaniya kansleri Fridrix Mertzlə görüşüb.
Bu haqda Ukrayna lideri teleqram kanalında məlumat yayıb.
Zelenski Almaniyaya hərbi dəstəyə, xüsusən də hava hücumundan müdafiə sistemlərinə görə təşəkkür edib:
“Biz həmçinin döyüş meydanını, tərəfdaşlarla işi və Avropaya inteqrasiyamızı müzakirə etdik. Almaniya məhz bizim Aİ-yə gedən yolumuzu açmağa kömək edəcək təsirə və səlahiyyətə malik olan ölkədir. Sizin qətiyyətli mövqeyinizi yüksək qiymətləndiririk.
Biz kansler ilə daimi əlaqə saxlamaq və sülh və təhlükəsizlik naminə birgə işləmək barədə razılığa gəldik”.
Qeyd edək ki, Zelenskinin Romaya səfəri 9-10 iyulda İtaliyada keçiriləcək Ukraynanın bərpasına dair beynəlxalq konfransla bağlıdır.
"Cebheinfo.az"