20 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Şirvan şəhərində 20 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törədən 2007-ci il təvəllüdlü Elcan Göyüşov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
10:56
Şirvan sakini bıçaqlanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 2005-ci il təvəllüdlü Nəzərov Rasim Mehdi oğlu bir neçə bıçaq yarası ilə Şirvan xəstəxanasına daxil olub və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"