Liderlər heyətlərin iştirakı ilə görüşüb - YENİLƏNİB 2

Liderlər heyətlərin iştirakı ilə görüşüb - YENİLƏNİB 2

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü fasilədən sonra heyətlərin iştirakı ilə davam edir.

Bu barədə APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir.

11:44

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.

APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş fasilədən sonra davam edəcək.

11:10

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü təkbətək formatda davam edir.

APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, heyətlərin iştirakı ilə görüş başa çatıb.

09:06

Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Bu barədə APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir.

"Cebheinfo.az"