Polkovnik güllələnərək qətlə yetirilib

Polkovnik güllələnərək qətlə yetirilib

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç bu gün səhər saatlarında Kiyevdə güllələnərək qətlə yetirilib.

Bu barədə keçmiş kəşfiyyatçı Roman Çervinski “Facebook”da bildirib.

Səsboğucu ilə təchiz olunmuş tapançadan İvan Voroniçə beş güllə atılıb.

O, çoxsaylı güllə yaraları nəticəsində hadisə yerində ölüb. Qətlin motivi məlum deyil.

"Cebheinfo.az"