Azərbaycan yığması FİFA reytinqində geriləyib

Milli komandaların yeni FİFA reytinqi açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan yığması yenilənmiş siyahıda 122-ci pillədə qərarlaşıb.
Komandamızın aktivində 1148 xal var. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv əvvəlki reytinqlə müqayisədə 3 pillə geriləyib və 2,64 xal itirib.
Bu geriləməyə iyun ayında keçirilən yoldaşlıq oyunları səbəb olub. Yığmamız evdə Macarıstana 1:2 hesabı ilə uduzub, səfərdə isə Belarusla 0:0 hesablı heç-heçə edib.
Qeyd edək ki, FİFA reytinqinə 1885,36 xalla Argentina milli komandası başçılıq edir.
"Cebheinfo.az"