Abşeronda silah-sursat aşkarlanıb - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Məmmədli və Novxanı kəndlərində, həmçinin Masazır qəsəbəsi ərazisində silah-sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkarlanmış sursatların döyüş tətbiqinə yararlı 17 ədəd F-1 əl qumbarası, 16 ədəd UZRQM partladıcısı, 1 ədəd UBR-M75P1 partladıcısı, 85 ədəd 7,62 millimetrlik, 44 ədəd 5,45 millimetrlik və 13 ədəd 9,18 millimetrlik mərmi, 1 ədəd AK-74 avtomatı və 2 ədəd sandıqcası, 1 ədəd AKSU avtomatı, 2 ədəd “Makarov” tipli tapança və 2 ədəd sandıqcası, 1 ədəd süngü bıçağı olduğu müəyyən edilib.
Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
"Cebheinfo.az"