“Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü

“Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü

Xətai rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, mayın 5-i saat 21 radələrində “Ağ Şəhər”dəki Yaşıl Ada küçəsi bina 21-də fəhlə işləyən Kürdəmir rayon sakini 1960-cı il təvəllüdlü Elman Niyazi oğlu Umudov 2-ci mərtəbədən yıxılıb.

O, aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az"