Dünyanın ən böyük markalarından biri satılır - FOTO

Dünyaca məşhur geyim və idman ayaqqabısı markası “Skechers” "3G Capital" adlı investisiya şirkəti tərəfindən satın alınır.
“Cebheinfo.az” xəbər verir ki, razılaşma çərçivəsində "3G Capital" şirkətinin “Skechers”ın hər bir səhminə 63 dollar ödəyəcəyi bildirilib.
Razılaşma tam başa çatdıqdan sonra, “Skechers” artıq birja şirkəti kimi fəaliyyət göstərməyəcək və özəl şirkətə çevriləcək.
Satınalma prosesi "3G Capital" tərəfindən təqdim edilən nağd vəsait və 2JPMorgan Chase" bankı tərəfindən təmin edilən kredit vəsaiti ilə maliyyələşdiriləcək. Şirkətin təsisçisi və baş direktoru Robert Greenberg isə CEO vəzifəsində fəaliyyətini davam etdirəcək.
“Skechers”ın CEO-su Robert Greenberg mətbuata açıqlamasında “Skechers-in sübut olunmuş uğur tarixi ilə qlobal investisiya şirkəti "3G Capital" ilə tərəfdaşlıq quraraq yeni bir mərhələyə qədəm qoyuruq. "3G Capital"-ın dünyaca məşhur istehlakçı brendlərinin uğuruna verdiyi töhfələri nəzərə alaraq, bu əməkdaşlığın komandamızın bacarıqlarını daha da gücləndirəcəyinə və istehlakçılarımızla müştərilərimizin ehtiyaclarını qarşılayaraq şirkətin uzunmüddətli inkişafını təmin edəcəyinə inanıram”, -deyə qeyd edib.
Əfsanə Rəcəb
“Cebheinfo.az”