Paşinyan seçim qarşısında: Moskvaya getsin, getməsin?

Paşinyan seçim qarşısında: Moskvaya getsin, getməsin?

Ermənistan vətəndaşlarının əksəriyyəti ölkənin Baş nazirinin Moskvada Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirakını düzgün hesab edir.

“Cebheinfo.az”-ın məlumatına görə, “Gallup İnternational” Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri ilə bağlı məlumatda belə deyilir. 

Respondentlərə belə bir sual verilib: 

“Nikol Paşinyan Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcəyini bildirdi, onun bayram tədbirlərində iştirakı nə dərəcədə düzgündür?”

“Gallup İnternational” Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyanın sözlərinə görə, rəyi soruşulanların 36,7 faizi bu qərarı tamamilə düzgün, 25,4 faizi isə kifayət qədər düzgün hesab edir.

Respondentlərin 9,5 faizi Paşinyanın parada getməsini “olduqca yanlış qərar” adlandırıb. 22,8 faizi isə bunun tamamilə yanlış olduğunu bildirib. 

“Yəni respondentlərin təxminən 31 faizi iştirakın iştirakın düzgün olmadığını, 60 faizi isə bunu düzgün hesab edir”, - Navasardyan belə deyib. 
Respondentlərdən Qələbə Gününü vacib bayram hesab edib-etməmələri də soruşulub.

“Beləliklə, 88 faizi və daha çoxu 9 Mayın bayram olduğuna inanır”, - Navasardyan bildirib.

Respondentlərin digər 5,9 faizi 9 may tarixini bayram hesab etmədiklərini bildirib. 5,2 faizi isə bunun tamamilə doğru olduğunu düşünmür.

Qeyd edək ki, rəy sorğusu aprelin 29-dan mayın 2-dək 100 nəfər arasında telefon vasitəsilə aparılıb. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”