Suriya İraqla sərhədə əlavə qüvvələr göndərir

Suriya İraqla sərhədə əlavə qüvvələr göndərir

Suriyanın keçid hökuməti İraqla sərhəd bölgələrdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı tədbirlər görüb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Syria TV” yayıb. 

Bildirilib ki, tədbirlərin görülməsi sözügedən ərazilərdə silahlı birləşmələrin fəallığının artması ilə əlaqədardır. 

“Şənbə günü nəzarət-buraxılış məntəqəsinin yerləşdiyi Abu Kemal şəhərinə Dəməşqdən hərbi qüvvələr göndərilb. Onlara Deyr-ez-Zor vilayətində şərq sərhədinin bir neçə məntəqəsini nəzarət altına almaqla bağlı göstəriş verilib”, - deyə məlumatda qeyd olunub.

Göndərilən qüvvələrin sayı isə açıqlanmayıb.

"Cebheinfo.az"