Axtarışda olan 3 nəfər Türkiyəyə ekstradisiya edildi

Qırmızı bülletenlə beynəlxalq axtarışa verilən Ç.K. və R.O.Y. ilə milli səviyyədə axtarılan E.Ç. adlı şəxslər Gürcüstandan Türkiyəyə gətirilib.
"Cebheinfo.az" xəbər verir ki, daxili işlər naziri Ali Yerlikaya Gürcüstandan ölkəmizə gətirilən 3 şübhəli ilə bağlı “Sərhəddən qaçsanız da, türk polisindən qaça bilməzsiniz” deyərək məlumat verib.
Ali Yerlikaya Təhlükəsizlik Ümumi Müdirliyi İnterpol-Avropol Şöbəsi koordinasiyasında, Artvin Polis Şöbəsi tərəfindən aparılan işlər nəticəsində “dələduzluq” cinayətinə görə beynəlxalq axtarışda olan Ç.K. “özünü dövlət məmuru və ya bank, sığorta və ya kredit təşkilatının işçisi kimi təqdim edərək və ya bu qurumlarla əlaqəli olduğunu bildirərək dələduzluq etmək” cinayətlərinə görə qırmızı bülletenlə beynəlxalq axtarışa verilən R.Ö.Y. və "İnformasiya sistemlərindən bank və ya kredit təşkilatlarına qarşı alət kimi istifadə edərək fırıldaqçılıq" maddəsi ilə ölkə səviyyəsində axtarışda olan E.Ç.adlı şəxslərin yaxalandığını açıqlayıb.
Gürcüstanda tutulan 3 nəfər Artvin Sarp Quru Sərhəd Qapısından Artvin vilayət Polis İdarəsi əməkdaşları tərəfindən tutularaq Türkiyəyə təhvil verilib.
Nazir Yerlikaya sosial media hesabında elan etdiyi əməliyyatla bağlı bunları paylaşıb:
"Əməliyyatda iştirak edən Ədliyyə Nazirliyimizə və nazirlik əməkdaşlarına təşəkkür edirəm. İnterpol-Avropol Şöbə Başçılığımızı və Artvin vilayət Polis Müdirliyimizi təbrik edirəm. Hansı ölkəyə qaçsalar da, beynəlxalq əməkdaşlığımızla cinayətkarları tutub ölkəmizə qaytaracağıq”.
Nigar
"Cebheinfo.az"