Gürcüstanın əsas elektrik sistemində qəza baş verib

Gürcüstanın əsas elektrik sistemində qəza baş verib

Tbilisinin böyük hissəsi və Gürcüstanın bir neçə regionu işıqsız qalıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, Gürcüstanın ən böyük su elektrik stansiyasi olan İnquri Su Elektrik Stansiyasında (SES) qəza baş verib.

Hazırda Batumi, Tbilisi, eləcə də Gürcüstanın Acarıstan, Quriya və Sameqrelo kimi regionlarının sakinləri elektrik enerjisinin kəsilməsindən şikayətlənirlər. 

Qeyd olunur ki, Gürcüstan sakinləri, o cümlədən əcnəbilər artıq buna öyrəşiblər və belə anlarda adətən əvvəlcədən alınmış neft lampalarından (Yanacaq olaraq neftdən istifadə edən bir işıqlandırma cihazıdır) istifadə edirlər.

Məlumata görə, hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

"Cebheinfo.az"