Bağlanan yol açıldı - FOTOLAR

Bağlanan yol açıldı - FOTOLAR

Quba-Qonaqkənd yolunun hərəkət hissəsi qaya parçalarından təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.

"Cebheinfo.az" xəbər verir ki, aprelin 19-u səhər saatlarında Quba-Qonaqkənd avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsində yolun hərəkət hissəsinə qaya parçaları düşüb.

İri qaya parçası "Təngə dərəsi" adlanan turizm ərazisindən keçən yeganə yolu tamamilə bağlayıb. Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Əraziyə Quba rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonda fəaliyyət göstərən qurumlarının texnikaları cəlb olunub.

Qaya parçaları xüsusi texnikalar vasitəsilə kiçik hissələrə bölünərək ərazidən kənarlaşdırılıb. Yolda avtomobillərin maneəsiz hərəkəti qismən təmin edilib. Hazırda yolun təmizlənməsi davam etdirilir.

"Cebheinfo.az"