Robotlar insanlarla yarışdı: Çində ilk - VİDEO

Çinin paytaxtı Pekində insan və insanabənzər robotların iştirakı ilə ilk yarımmarafon keçirilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, yarımmarafonda 20 insanabənzər robot iştirak edib.
Finiş xəttinə ilk “Tiangong Ultra” çatıb və o, təqribən 21,1 kilometr məsafəni 2 saat 40 dəqiqə 42 saniyəyə qət edib.
İnsanlar arasında finiş xəttini ən tez keçənlər isə Efiopiya nümayəndələri olub. Belə ki, kişilər arasında nəticə 1 saat 2 dəqiqə 36 saniyə, qadınlar arasında isə 1 saat 11 dəqiqə 7 saniyə olub.
"Cebheinfo.az"