Kəlbəcərə gedən yolda maşın aşdı

Kəlbəcərə gedən yolda maşın aşdı

Göygöl-Toğanalı-Kəlbəcər yolunda minik maşını aşıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb. Rayon sakini Ramin İsayev "VAZ 2106" markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobil aşıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"