Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin bundan sonra Ukraynaya hərbi dəstək verməyəcəyini bəyan edib.
“Cebheinfo.az”-ın məlumatına görə, Tramp Ağ Evdə Ukraynanın nizamlanmasının mümkünlüyü ilə bağlı jurnalistlırin suallarını cavablandırarkən belə deyib.
Amerika Prezidenti sülh razılaşmasının uğursuzluğa düçar olacağı və Vaşinqtonun danışıqlar prosesini tərk edəcəyi halda Birləşmiş Ştatların Ukraynaya hərbi dəstəyini davam etdirib-etdirməyəcəyi sualına belə cavab verib:
“Mən bunu deməzdim... Bu barədə danışmaq istəməzdim, çünki düşünürəm ki, bununla məşğul olacağıq”, - Tramp bildirib.
Tramp həmçinin, Dövlət katibi Marko Rubionun yaxın vaxtlarda nizamlanmaya aydınlıq gəlmədiyi təqdirdə, ABŞ-nin Ukrayna üzrə danışıqlardan çıxa biləcəyi ilə bağlı sözlərini təsdiqləyib.
Tramp cavab verib ki, konkret gün sayı yoxdur. Lakin ABŞ tez bir zamanda razılığa gəlmək istəyir və bunun üçün yaxşı şanslar var.
“Əgər nədənsə iki tərəfdən biri hər şeyi çox çətinləşdirirsə, biz sadəcə deyəcəyik: “Sən axmaqsan, axmaqsan. Siz dəhşətli insanlarsınız” və biz bunu sadəcə buraxacağıq. Ancaq ümid edirəm ki, biz bunu etməyə məcbur olmayacağıq”, - deyə Tramp əlavə edib.
Müşfiq Abdulla
“Cebbheinfo.az”