Yutubda yayımlanmayacaq - FOTOLAR

Türkiyənin məşhur aktyorları - Çağatay Ulusoy və Demet Özdemirin baş rolları oynadıqları “Eşref Rüya” serialını yutub üzərindən izləmək mümkün olmayacaq.
"Cebheinfo.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, serial 5-ci bölümündən etibarən yutubda yayımlanmayacaq.
Qısa müddətdə böyük izləyici kütləsi toplayan ekran işi təkcə ilk üç bölümü ilə yutubda 53 milyon izlənilib.
4-cü bölümü ilə sonuncu dəfə yutubda yayımlanacaq serialın tamaşaçıları növbəti bölümü artıq sadəcə televiziya ekranlarından izləyə biləcəklər. Belə ki, “Eşref Rüya” hər çərşənbə axşamı “Kanal D” ekranlarında yayımlanır.
"Cebheinfo.az"