ABŞ Krımı Rusiya ərazisi kimi tanımaq istəyir

ABŞ Moskva və Kiyev arasında imzalanmış geniş sülh sazişi çərçivəsində Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır.
“Cebheinfo.az”-ın məlumatına görə, “Bloomberg” nəşri belə yazır.
Qeyd edilir ki, bu qərar Prezident Donald Trampın atəşkəs razılaşmasını möhkəmləndirməyə çalışdığına dair son siqnaldır.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Ağ Evin rəhbərinin Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olmasını əbədi gözləməyəcəyini bildirmişdi.
Tramp həmçinin, Ukraynadakı vəziyyətin nizamlanmaya doğru getdiyi fikrini bildirmişdi.
Müşfiq Abulla
“Cebbheinfo.az”