İsrail yayda İrana zərbə endirəcək

İsrail ABŞ Prezidenti Donald Trampın xəbərdarlığına baxmayaraq, yaxın aylarda İranın nüvə obyektlərinə zərbələr endirə bilər.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
“Prezident Donald Tramp Baş nazir Benyamin Netanyahuya ABŞ-nin hazırda belə bir addımı dəstəkləməyə hazır olmadığını desə də, İsrail yaxın aylarda İranın nüvə obyektlərinə hücumu istisna etməyib” - məqalədə belə deyilir.
Agentlik qeyd edib ki, İsrail Ağ Evə İranın nüvə obyektlərinə qarşı müxtəlif intensivlikli əməliyyatlar, o cümlədən hava hücumları və xüsusi təyinatlıların tətbiqi ilə bağlı təkliflər təqdim edib.
Bu planlar Tel-Əvivin ABŞ-nin keçmiş prezidenti Co Baydenə təklif etdiyi planların qismən təkrarıdır. Hücum üçün mümkün tarixlərə yazın sonu və yay ayları da daxildir.
“Reuters”-in məlumatına görə, bu, İranın nüvə silahı proqramını bir neçə ay, bir il və ya daha çox ləngidə bilər.
İsrail rəsmiləri indi məhdud əməliyyata meyillidirlər. Lakin ölkə istənilən halda, ən azı Tehrandan cavab zərbələri endirəcəyi təqdirdə, ABŞ-ın dəstəyini almalıdır.
İranın yüksək rütbəli rəsmisi agentliyə bildirib ki, ölkə İsrailin planlarından xəbərdardır və belə bir hücumdan sonra sərt cavab veriləcək.
Müşfiq Abdulla
“Cebheinfo.az”