Qüdsdə Müqəddəs Od Müqəddəs Məqbərə kilsəsinə enib

Qüdsdə Müqəddəs Od Müqəddəs Məqbərə kilsəsinə enib

Qüdsdə Müqəddəs Od Müqəddəs Məqbərə Kilsəsində enib.

"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, ənənəvi olaraq Müqəddəs Odun enməsi Yulian təqvimi ilə İsa Məsihin dirilməsi bayramı ərəfəsində baş verir.

Müqəddəs Odun enməsi Kuvukliyada baş verir. Bu, Məsihin Dirilməsi Kilsəsinin mərkəzində Müqəddəs Məqbərə mağarasını gizlədən bir ibadətgahdır. Orada xristian inancına görə İsa Məsihin dəfn yerinin yerləşdiyi bir lövhə var.

2025-ci ildə dünya pravoslavları, yəhudiləri və katolikləri Pasxa bayramını eyni gündə - aprelin 20-də qeyd edəcəklər.

"Cebheinfo.az"