İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Everton"a qalib gəldi

İngiltərə Premyer Liqasının 33-cü turunda "Mançester Siti" "Everton"un qonağı olub.
"Cebheinfo.az" xəbər verir ki, Pep Quardiolanın yetirmələri 2:0 hesabı ilə qalib gəliblər.
Matçda qolları Niko O'Rayli və Mateo Kovaçiç vurublar.
Bu oyundan sonra "Mançester Siti" 58 xalla turnir cədvəlində 4-cü, "Everton" isə 38 xalla 13-cü yerdə qərarlaşıb. "Liverpul" 76 xalla turnir cədvəlinə başçılıq edir.
"Cebheinfo.az"