277 ukraynalı hərbçi azad edildi

277 ukraynalı hərbçi azad edildi

Rusiya və Ukrayna Pasxa bayramı ərəfəsində böyük məhbus mübadiləsi aparıblar. Ukraynanın 277 hərbçisi rus əsirliyindən azad edilib.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram səhifəsində məlumat yayıb.

"Əsirlərin dəyişdirilməsi xristianların ən mühüm bayramlarından biri - Pasxa bayramı ərəfəsində baş tutub. Ukrayna 277 əsgərini vətənə qaytarıb.

Rusiya əsirliyindən azad edilənlər arasında Ukrayna Silahlı Qüvvələrinin, Ukrayna Milli Qvardiyasının, Dövlət Xüsusi Nəqliyyat Xidmətinin əsgərləri var. Onlar Donetsk, Xerson, Zaporojya və Luqansk vilayətlərini, Mariupol və digər əraziləri müdafiə ediblər.

Xalqımızın bu qayıdışına şərait yaradan hər kəsə təşəkkür edirəm. Mən xüsusilə Birləşmiş Ərəb Əmirliklərinə vasitəçiliyinə görə minnətdaram. Ümumilikdə, genişmiqyaslı müharibə başlayandan indiyədək 4552 əsgər və mülki şəxs Rusiya əsarətindən vətənə gətirilib”, - deyə Zelenski bildirib.

"Cebheinfo.az"