Göygöldə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"